Azərbaycanda evlərin qiyməti necədir? - VİDEO
Neftin ucuzlaşması Azərbaycanda xüsusəndə iri şəhərlərdə mənzil qiymətlərinə necə təsir edib? Ekspertlər hələlik Bakıda qiymət dəyişiklikliyinin olmadığını deyir:
“İyun iyul aylarından bəri qiymətlər stabildir.o aydan başlayaraq qiymətlər bəzi ayda 1-2 faiz bəzi ayda isə 1-2 faiz azalıb. Bu faizlər əslində artım-azalma demək deyil.bu təklif paketində struktur dəyişikliyi ilə əlaqədardır.”
Yayda məskunlaşma baxımından sıx zona sayılan 3-cü zonada yəni Əhmədli Günəşli Yeni Yasamal Mikrorayonlarda mənzillərin bir kvadratmetri 850-1000 manat idisə indi də eyni qiymətdir. Bakı ətrafı kənd və qəsəbələrdə də mənzillərin bir kvadratmetri yayda olduğu kimi indi də 600-650 manatdır. Ancaq Sumqayıtda yay ayları ilə müqayisədə mənzillərin qiymətində dəyişiklik var. Yay ayları ilə müqayisədə qiymətlərdə azalma var. Ona görə ki, yay aylarında tələbatın az olması ilə əlaqədərdir
Yaydan indiyədək qiymətlər aşağı düşsə də bu alıcıları qane etmir. Gəncə isə mənzillərin qiymət tendensiyası fərqlidir. Gəncədə yay aylarından fərqli olaraq indi qiymətlərdə artım müşahidə edilir. Ev alqı satqısı ilə məşğul olanlar deyir ki bu mövsüm üçün xarakterikdir.