Korrupsiya aşkarlanan Təhsil Şöbəsi YOXLANACAQ

Korrupsiya aşkarlanan Təhsil Şöbəsi YOXLANACAQ
  24 Noyabr 2014    Oxunub:2378
Hesablama Palatasının Kollegiya iclası keçirilib.
“Qafqazinfo” Palatanın saytına istinadən xəbər verir ki, kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Gədəbəy rayon və Şirvan şəhər icra hakimiyyətlərinə ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq qərar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında dövlət büdcəsindən Abşeron rayon Təhsil Şöbəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsindən Azərbaycanın Mərakeşdəkı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının hesablanılmasına, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Goranboy rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair audit proqramları təsdiq edilib.


Teqlər:





Xəbər lenti