2015-ci ilin yaşayış minimumu – 131 manat

2015-ci ilin yaşayış minimumu – 131 manat
  20 Noyabr 2014    Oxunub:3096
“Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il üçün həm gəlirləri, həm də xərcləri 3 milyard 56,3 milyon manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 127,8 milyon manat və ya 4,4 faiz çoxdur. Fondun gəlirlərinin 63,8 faizini məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək”.
AzVision.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin bugünkü iclasında Fonddun 2015-ci il büdcəsi haqqında məlumat verərkən deyib.

2015-ci ildə dövlət büdcəsindən ayırmalar barədə danışan komitə sədri Hadi Rəcəbli deyib ki, transfertin proqnozu cari ilin göstəricisinə nisbətdə 3,7 faiz və ya 42 milyon manat azalıb. DSMF-in xərclərinin 97,8 faizi əhaliyə ödənişlər üçün nəzərdə tutulub.

O həmçinin qeyd edib ki, təkcə bu il sığortaya cəlb olunan işçilərin sayı 1 milyon 500 min nəfər artıb. Bu sahədə qanunu pozan işəgötürənlərin cərimələnməsi statistikası əvvəlki ilə nisbətən 23 dəfə artıq olub. Bu da onu göstərir ki, yığım sahəsində müəyyən problemlər və ciddi şəkildə bununla məşğul olmalıyıq.

Hazırda Azərbaycanda sığorta ödəyənlərin sayı 300 milyon təşkil edir. Təkcə hamiləlik və doğuma görə ayrılan vəsaitlər ötən illə müqayisədə gələn il 31 faiz çox olacaq. Uşaqların anadan olması və onlara qulluğa görə vəsaitlər 8-11 faiz artıb. Uşaqların sağlamlıq düşərgələrində istirahətinə ayrılan məbləğ 318 min manata çatmasına baxmayaraq, deputatlar bunun artımını təklif edirlər.

Gündəlikdəki növbəti məsələləri təqdim edən Hadi Rəcəbli əhalinin əsas sosial-demoqrafik qrupları üzrə 2015-ci il üçün yaşayış minimumu haqqında da məlumat verib. O bildirib ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilir. 2015-ci il üçün ehtiyac meyarının həddi isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 105 manat məbləğində nəzərdə tutulur.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:





Xəbər lenti