Çe Qeveranın 47 il sonra üzə çıxan – Fotoları

Çe Qeveranın 47 il sonra üzə çıxan – Fotoları
  14 Noyabr 2014    Oxunub:3415
Fransanın AFP xəbər agentliyinin fotoqrafı Mark Hattenin Kuba inqilabının bannilərindən olan Çe Qeveranın öləndən sonra çəkdiyi fotoları yayımlanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 47 il sonra üzə çıxan fotolar onu çəkən müəllif fotoları Boliviyada missionerlik fəaliyyəti ilə məşğul olan Luis Kuarteroya verib. Onun bacısı oğlu İmanol Arteqaya da AFP agentliyinə açıqlamasında bildirib ki, dayısı ispaniyaya gələndə gətirib:

“Anamla atam 1967-ci ildə ailə quranda dayım Luis toy üçün İspaniyaya gələndə Çenin fotolarını da özü ilə gətirib. Onun ölümündən sonra həyat yoldaşından onları istədim və o da gizlətdiyi yerdən çıxarıb Çenin cansız bədəninin əks olunduğu fotoları mənə verdi”.
Argentinada doğulan inqilabçı Çe Qevera 1959-cu ildə Kubada inqilabın reallaşmasında böyük rol oynayıb. O, 1967-ci il oktyabrın 9-da Boliviyada Vallegrande yaxınlığında Boliviya ordusu tərəfindən öldürülüb. Ölümündən sonra onun cəsədi nümayiş etdirilib ki, bu zaman da bir neçə fotoqraf onun fotosunu çəkib.

Hatten də bu fotoqrafların arasında olub və bu fotoları ilk dəfədir ki, üzə çıxarır.

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti