Evli tələbələrə güzəşt

Evli tələbələrə güzəşt
  14 Noyabr 2014    Oxunub:2774
Ali və orta ixtisas məktəblərinin yataqxanalarında ailəli tələbələr ayrı otaqla təmin ediləcək.
AzVision.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)”nda qeyd olunub.

Bildirilib ki, bu 2014-2025-ci illər ərzində Təhsil Nazirliyi tərəfindən icra ediləcək.
Eyni zamanda proqramda qeyd edilib ki, gənc aztəminatlı, çoxuşaqlı və natamam ailələrin əlverişli şərtlərlə sosial təyinatlı mənzillərlə təmin olunması üzrə müvafiq tədbirlərin həyata keçiriləcək.

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bu tədbirlər görüləcək.

Proqramda göstərilib ki, dövlət uşaq müəssisələrindən məzun olmuş valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud şəxslərin sosial mənzillər və ya ailə tipli yataqxanalarda yaşayış yeri ilə təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görüləcək.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti