İsrail səfiri gənclər təşkilatının qonağı oldu

İsrail səfiri gənclər təşkilatının qonağı oldu
  13 Noyabr 2014    Oxunub:1595
İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisində qonaq olub.

Ofisin rəhbəri Tural Kərimov qonağı Mərkəzin yerləşdiyi məkanla və işçi heyətlə yaxından tanış edib. Bildirilib ki, Azərbaycanla İsrail arasında əlaqələrin tarixi köklərə malikdir və bu münasibətlər hazırda da uğurla davam etdirilir. Bu gün nəinki dövlət səviyyəsində, eləcə də gənclər təşkilatları səviyyəsində əməkdaşlıq imkanları genişləndirilir.

Səfər zamanı Azərbaycanla İsrail arasında mövcud münasibətlərin və qarşılıqlı əməkdaşlığın qorunub saxlanmasının və inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.


Teqlər:





Xəbər lenti