Nazirlik qanunsuz ov edənləri cərimələdi
Qəbələ rayonunun Əmirvan kəndi ərazisində keçirilmiş reyd zamanı ov edən naməlum şəxs saxlanılıb. Faktla bağlı qanunamüvafiq qaydada akt tərtib olunaraq həmin şəxsdən 1 ov tüfəngi, 3 patron götürülüb. Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti Rayon Polis Şöbəsinə müraciət edilib.
Mahmudçala ovçuluq təsərrüfatının ərazisində keçirilmiş reyd zamanı qanunsuz ovla məşğul olan 3 nəfər saxlanılıb. Qanunsuz ov edən Masallı rayon sakinləri Ramil Mirzəyev, Kamil Məmmədov və Pərviz Əsgərovdan 3 ov tüfəngi, 72 patron götürülüb. Qanun pozucuları barəsində akt və protokollar tərtib edilərək, hər biri 1000 manat məbləğində cərimə olunub.
İmişli rayon Qaradonlu kəndi ərazisində keçirilmiş reyd zamanı ov edən kənd sakini Mirzəli Rəhimov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Faktla bağlı akt və protokol tərtib edilərək qanun pozucusu 1000 manat məbləğində cərimə edilib.
Şamaxı rayonu Kərkəng kəndi ərazisində ov edən Şamaxı rayon Karxan kənd sakinləri Nizami İsayev və Orxan İsayev saxlanılaraq onlardan 2 ov tüfəngi və 4 patron götürülüb. Hər iki fakt üzrə qanunamüvafiq qaydada akt və protokollar tərtib edilərək, qanun pozucularının hər biri 1000 manat məbləğində cərimə olunub.
Hirkan Milli Parkının əməkdaşları tərəfindən Parkın ərazisində ov edən naməlum şəxs saxlanılıb. Ondan 1 ov tüfəngi, 10 patron götürülərək qanunamüfaviq qaydada akt tərtib olunub. Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti Rayon Polis Şöbəsinə müraciət edilib.
Eyni zamanda, keçirimiş reydlər zamanı ov quşlarının satışının təşkil edildiyi də aşkarlanıb. Belə ki, Hacıqabul rayonu Padarçöl ərazisində Padar kənd sakini Ələddin Ağayev adı “Azərbaycan Respublikasının Qırmızı Kitab”ına düşmüş 2 bəzgək quşunu satarkən saxlanılıb və barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib olunub. Faktla bağlı qanun pozucusuna 910 manat məbləğində cərimə və ziyan tətbiq edilib.
Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir
Teqlər: