Deputat Xocalı soyqırımının tanınmasını xahiş etdi
Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da əlaqələrin getdikcə daha genişlənməsinin məmnuniyyətverici olduğunu və bu məsələnin vacibliyini qeyd edib. Millət vəkili Sakarya Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğlu ilə görüşdə Azərbaycan ilə Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Sakarya bələdiyyəsinin Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib.
Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması da söhbət zamanı əsas müzakirə mövzusu olub və millət vəkili bunlarla bağlı Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğluna geniş məlumatlar verib.
Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Sakarya Universitetində təhsil alan azərbaycanlıları birləşdirən Öyrənci Topluluğunun rəhbəri Alik Bağırov, Türkiyədə təhsil alan azərbaycanlı gəncləri birləşdirən AzeDer təşkilatının nümayəndələri də iştirak ediblər. Millət vəkili Qənirə Paşayeva heyət adından bələdiyyə başkanından Sakaryanın mərkəzi parklarından birinə Qarabağ adını verilməsi və həmin parkda Xocalı soyqırımı abidəsinin qoyulmasını xahiş edib.
Ötən il azərbaycanlı gənclər adından Alik Bağırovun bələdiyyə tərəfindən Xocalı Soyqırımının tanınması ilə bağlı müraciətinə toxunan millət vəkili Qənirə Paşayeva Türkiyənin bəzi bələdiyyələrinin artıq belə bir qərar qəbul etdiyini və dünyanın bir sıra ölkələri tərəfindən də bu cür qərarlar qəbul edildiyini vurğulayaraq Sakarya bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən,vacibliyindən danışaraq təklif etdiyi məsələlərin öz həllini tapacağına ümid etdiyini də deyib.
Sakarya Universitetində 300-dən artıq azərbaycanlı tələbə oxuduğunu və onların bir hissəsinin imkansız ailələri evladları olduğunu vurğulayan millət vəkii Qənirə Paşayeva bir sıra tələbələr adından Öyrəncə Topluluğunun ondan xahişini də bələdiyyə başqanıa çatdraraq 50 tələbənin nəqliyyat xərclərinin bələdiyyə tərəfindən qarşılanmasını xahiş edib.
Azərbaycanı çox sevdiyini deyən Sakarya Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğlu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, iki ölkə arasında iqtisadi, siyasi iş birliyinin daha da genişləndirilməsinin önəmli olduğunu söyləyib və hər iki qardaş ölkənin bölgələri, bələdiyyələri arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Qarabağ problemi, Xocalı ağrısı bizim də problemimiz və ağrımızdır deyən Sakarya Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğlu hər zaman qardaş Azərbaycanın yanındayıq deyib.
Millət vəkili Qənirə Paşayevanın Sakaryanın mərkəzi parklarından birinə Qarabağ adını verilməsi və həmin parkda Xocalı soyqırımı abidəsinin qoyulması, bələdiyyə tərəfindən Xocakı Soyqırımının tanınması ilə bağlı müraciətinə toxunan Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğlu məsələlərə müsbət yanaşıb və onlara mütləq baxılacağını deyib.
Millət vəkili imkanları aşağı olan 50 tələbənin nəqliyyat xərclərinin bələdiyyə tərəfindən qarşılanmasına isə müsbət yanaşaraq yaxın günlərdə bu məsələnin öz həlini tapacağını deyib.
Millət vəkili "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" seriyasından növbəti kitablarında Sakarya ilə də bağlı geniş yazının da öz əksini tapacağını və Azərbaycanlı oxuculara Sakarya ilə bağlı daha geniş bilgilər veriləcəyini deyib. Millət vəkili Sakarya Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğlunu Azərbaycana səfərə dəvət edib.
Dəvəti məmnuniyyətlə qəbul edən Sakarya Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğlu Azərbaycanda olmadığını, ölkəmizə səfər etmək istədiyini və bu səfərin Sakarya bələdiyyəsi ilə Azərbaycanın bölgələri arasında əlaqələrin daha da inkişafına öz töhfəsini verəcəyinə inandığını deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Sakarya Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğluna Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün müəllifi olduğu əsərləri də təqdim edib.
Millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və həmmüəllifi olduğu və Türkiyə türkcəsində çapdan çıxmış “Xocalı Soykırımı tanıkların dilinden” kitabını da təqdim edib. Qarabağın Azərbaycan musiqisində oynadığı böyük rol və yerdən danışan millət vəkili Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ xanəndələri” musiqi albomu kataloqunu da təqdim edib. Nümayəndə heyəti üzvləri Nəcibə Nəsibova və AzeDer təşkilatının rəsmiləri də hədiyyələrini bələdiyyə başqanına təqdim ediblər.
Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğlu da millət vəkili Qənirə Paşayeva və nümayəndə heyəti üzvlərnə Sakarya ilə bağlı materiallar, kitablar hədiyyə edib.
Teqlər: