Bu ilin yanvar-avqust aylarında Azərbaycanda rəsmi orqanlar tərəfindən 53,4 min nikah və 8 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfəri hesabı ilə bu göstərici müvafiq olaraq 8,5 və 1,3 təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ötən 8 ayda Azərbaycana daimi yaşamaq üçün 1299 nəfər gəlib və 575 nəfər ölkədən gedib.