Zəlzələdə dağılan bağça üçün yeni bina

Zəlzələdə dağılan bağça üçün yeni bina
  18 Oktyabr 2014    Oxunub:1640
Balakən rayonunun İsaxlıgirmə kəndində 2012-ci ilin mayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş körpələr evi-uşaq bağçası oktyabrın 17-dən müasir tələblərə cavab verən yeni binada fəaliyyətini davam etdirəcək.
2012-ci ilin mayında baş vermiş zəlzələ zamanı Balakən rayonunda fərdi tikililərlə yanaşı, bir sıra sosial təyinatlı obyektlərə, o cümlədən bu bağçanın yerləşdiyi binaya da ciddi zərər dəymişdi. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına ötən il rayonun kəndlərində zəlzələdən zərər çəkmiş 3 uşaq bağçası üçün yeni binanın tikintisinə, bir bağçada isə bərpa-gücləndirilmə işlərinə başlanılıb. Ötən müddətdə bu bağçalardan ikisi uşaqların istifadəsinə verilib. Dövlət Müstəqilliyi Günü ərəfəsində- oktyabrın 17-də isə daha bir uşaq bağçası qapılarını balacaların üzünə açıb.

Bu münasibətlə İsaxlıgirmə kəndində keçirilən mərasimdə çıxış edənlər əlamətdar bayram ərəfəsində gerçəkləşdirilən belə dəyərli hədiyyəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Bağçanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olublar. 40 yerlik uşaq bağçası yeni inventar və avadanlıqla da təmin olunub.


Teqlər:  





Xəbər lenti