Ər-arvad qəzada öldü

Ər-arvad qəzada öldü
  17 Oktyabr 2014    Oxunub:2076
Cəlilabadda ağır yol qəzası baş verib.
Qəza zamanı ər və arvad dünyasını dəyişib. Hadisə Cəlilabad-Biləsuvar yolunda baş verib. Qəza zamanı iki minik maşını toqquşub.

Hadisə zamanı “Qaz 31”in sürücüsü Fəzail Sammədov hadisə yerindəcə keçinib. “Qaz 31”in sərnişini, sürücünün həyat yoldaşı ağır yaralanıb və onun həyatını da xilas etmək mümkün olmayıb.

Digər “Mitsubishi” markalı maşının sürücüsü isə ağır yaralanıb.

Hadisənin səbəblərini yerli polis araşdırır.(qafqazinfo)


Teqlər:  





Xəbər lenti