Əsgərlərimizin son vəziyyəti -VİDEO

Əsgərlərimizin son vəziyyəti -VİDEO
  16 Oktyabr 2014    Oxunub:2006
Türkiyədə müalicə olunan yaralı əsgərlərimizdən xəbər var.
Avqustun əvvəlində cəbhə xəttində Ermənistan ordusunun fəllaşması nəticəsində ağır yarlanan əsgərmiz nəhayət ayaq üstə qalxa bilib.

ANS TV-nin məlumatına görə, avqustun 2-də erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağdam istiqamətində gedən döyüşlərdə yaralanan və Türkiyədə müalicə olunan üç əsgərimizdən xəbər var. Onlardan Sərxan Tahirzadə və Elvin Əsgərov Atatürk Eyitim və Araşdırma xəstəxanasında, Ədalət Məmmədov isə Ankara xəstəxanasında müalicə olunurdular. Ankarada müalicə olunan Ədalət Məmmədovun durumu yaxşıdır.

“Müalicəmdən məmnunam. Sağolsunlar. Azərbaycanlı həkimlər də, burdakı hocalar da. Ola bilər ki, ordu sıralarından tərxis olunum. Ancaq nə zaman desələr, vətən uğrunda canımızı verməyə hazırıq”, - yaralı əsgərimiz Ədalət Məmmədov bildirdi.

Azərbaycanlı əsgər avqustun 9-da Türkiyənin xüsusi ambulans təyyarəsi ilə Ankaraya gətirilmişdi. Onun bir gözü amputasiya edilib.

“Müəyyən müayinələr edəndən sonra o, xəstəxanadan çıxacaq. Amma xəstəxanadan çıxsa da, ölkəmizi hələ tərk etməyəcək, çünkü hələ bir neçə dəfə müayinə olunmalıdı”, – deyə həkim Yavuz Arslan vurğuladı.

Türkiyəli həkimlərin sözlərinə görə, azərbaycanlı əsgərin müalicəsi demək olar ki, başa çatıb.

Türkiyədə müalicə olunan digər yaralımız Elvin Əsgərov isə artıq xəstəxanadan buraxılıb. O, həkim nəzarəti altında Ankaradakı otellərdən birində qalır. Hər iki ayağı amputasiya edilmiş digər yaralı - Sərxan Tahirzadə isə hospitalda müalicəsini davam etdirir.




Teqlər:





Xəbər lenti