Əhalinin gəlirləri artıb
Komitədən AzVision.az-a verilən məlumata görə, 2014-cü ilin yanvar-sentyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 27,2 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 4,0 faiz artıb.
Əhalinin hər nəfərinə düşən gəlirlərin istehlak qiymətlərindən daha sürətlə artması nəticəsində əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz yüksəlib.
Bu dövr ərzində gəlirlərin 70,1 faizi son istehlak xərclərinə, 11,8 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18,1 faizi isə yığıma yönəldilib.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 24,7 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,9 faiz çox vəsait qalıb.
AzVision.az
Teqlər: