Ramil Usubov şikayətləri dinləyəcək

Ramil Usubov şikayətləri dinləyəcək
  15 Oktyabr 2014    Oxunub:1698
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 25-də Gəncə şəhərində bölgə üzrə daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə aid məsələlərlə bağlı (kadr məsələsi istisna olmaqla) vətəndaşların qəbulunu keçirəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həmin gün nazir tərəfindən Gəncə şəhərinin, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən rayonlarının sakinləri qəbul ediləcək.

Vətəndaşların qəbulu saat 10:00-da başlanacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti