`Mitinqdə Ermənistan bayrağı da qalxsa, təəccüblənmərəm`

`Mitinqdə Ermənistan bayrağı da qalxsa, təəccüblənmərəm`
  12 Oktyabr 2014    Oxunub:1877
`Müxalifəti özündə cəmləşdirən Milli Şura deyilən bir qurumun icazəli mitinqində Ermənistanın bayrağı belə qaldırılsaydı, təəccüblənməzdim. Çünki bu, erməni lobbisini dəstəkləyənlərin, Azərbaycan xalqının, dövlətinin maraqlarına zərbə vuranların mitinqi idi`.

Bunu Trend-ə açıqlamasında bu gün Milli Şuranın keçirilən mitinqini şərh edərkən hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

YAP rəsmisinin sözlərinə görə, bu mitinqi səviyyəsiz, aşağı səviyyəli piket adlandırmaq olar. Çünki mitinq keçirilən ərazidə çox azsaylı insan yığa bilmişdilər: “Avropada onları dəstəkləyənlərə nümayiş etdirmək üçün mitinq iştirakçılarını dəfələrlə sağa-sola genişlənməyə çağırırdılar. Bununla sayın çoxluğunu nümayiş etdirmək istəyirdilər”.
S.Novruzov bildirib ki, mitinqdə iştirakçıların sayını artırmaq üçün hətta azyaşlıları da ora yığmışdılar: “Bu, bir daha göstərdi ki, müxalifətin sosial elektoratı yoxdur. Ona görə də aksiyaya müxtəlif təriqətlərin nümayəndələri də çağrılmışdı. Bu baxımdan "İslam Dövləti" terror qruplaşmasının bayrağının qaldırılması da təsadüfi deyil”.

S.Novruzov deyib ki, mitinqlə bağlı müxalifətçilərin mətbuatda verdiyi müsahibələrin sayı orda iştirak edənlərdən çox idi.

YAP rəsmisi bu mitinqi AXCP sədri Əli Kərimlinin digər müxalifət lideri İsa Qəmbər üzərində qələbəsinin təntənəsi kimi də dəyərləndirib: “İsa Qəmbər, Arif Hacılı və digər müsavatçıları tribunaya buraxmamaqla Əli Kərimli onlar üzərində qələbəsini nümayiş etdirmiş oldu”.


Teqlər:





Xəbər lenti