FHN Binəqədidə müşavirə keçirdi

FHN Binəqədidə müşavirə keçirdi
  10 Oktyabr 2014    Oxunub:2783
FHN-in Bakı Regional Mərkəzi cari payız-qış mövsümü ilə əlaqədar “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda silsilə tədbirlər keçirməyi planlaşdırıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, belə tədbirlərdən ilki oktyabrın 9-da Binəqədi rayonunda keçirilib.

Müşavirəni giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov tədbirin əhəmiyyətindən bəhs edib, baş verən yanğın faciələrinin və dəm qazı zəhərlənmələrinin qarşısının alınması üçün əhalinin maariflənməsinə böyük ehtiyac olduğunu vurğulayıb.

FHN Bakı Regional Mərkəzinin rəis müavini, tibb xidməti polkovniki Cəfər Məmmədov çıxış edərək cari ilin 9 ayı ərzində baş verən yanğınların statistikası və onların baş vermə səbəbləri barədə məlumat verib.

Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomateriallar da nümayiş olunub.


Teqlər:





Xəbər lenti