Türkiyədə ölü sayı artır - 19 nəfər

Türkiyədə ölü sayı artır - 19 nəfər
  09 Oktyabr 2014    Oxunub:2223
Türkiyədə davam edən etiraz aksiyalarında ölənlərin sayı 19-a çatıb.
AzVision.az xəbər verir ki, bu barədə hurriyet.com.tr məlumat yayıb. Diyarbakırda ötən gündən başlayan aksiyalarda təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı 10, Mardin vilayətində 3, Sirt vilayətində 3, Muş, Van və Batman vilayətlərinin hər birində isə 1 nəfər ölüb.

Aksiya iştirakçıları polisə atəş açıb, onlardan biri yaralanıb. Təhlükəszilik qüvvəsinin əməkdaşlarından ikisi isə molotov kokteyli və daş atılmasından xəsarət alıb.

Ölkənin bir neçə şəhərində komendant saatı da elan edilib. Həmçinin, məktəblərdə dərslər dayandırılıb və Diyarbakıra bu gün planlaşdırılan iki təyyarə uçuşu Türk hava Yolları tərəfindən təxirə salınıb.

Qeyd edək ki, aksiya iştirakçıları Suriyanın Kobani vialyətində İŞİD-lə kürd özünümüdafiə qüvvələri arasında gedən döyüşlərə Türkiyə hökumətinin müxadilə etməməsinə etiraz edir.


Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti