“20 mindən çox gəncin taleyi ilə oynayırıq” - Deputat

“20 mindən çox gəncin taleyi ilə oynayırıq” - Deputat
  30 Sentyabr 2014    Oxunub:2822
Parlamentin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli müəllifi olduğu “Təhsil kreditləri haqqında” qanunun qəbulunun vacib olduğunu hesab edir.
Onun sözlərinə görə, hazırda Azərbaycanda hər 10 tələbədən 7 nəfəri ödənişli təhsil alır.
“Təhsil haqqı ən azı 900 manatdan 4500 manata qədər dəyişir. Orta statistik vətəndaşın maaşı 440 manat ətrafındadır, büdcə təşkilatlarında işləyənlər 170-300 manat maaş alır. Onlar 2500-3000 manat təhsil haqqını verə bilməzlər”.

Ə.Məsimli hesab edir ki, ya dövlət ödənişli təhsili ləğv etməlidir, ya da təhsil kreditləri verilməlidir. “Məndə olan məlumata görə, 8945 nəfər təhsil haqqını ödəyə bilmədiyinə görə ali təhsil müəssisəsindən xaric olunub. Təxminən 10 mindən artıq tələbə isə təhsil haqqını ödəyə bilmədiyinə görə akademik məzuniyyət götürüb. Deməli, 20 mindən artıq gəncin taleyi ilə oynayırıq”.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti