Gəncədə son illərdə görülən işlər - VİDEO

Gəncədə son illərdə görülən işlər - VİDEO
  26 Sentyabr 2014    Oxunub:2441
Gəncə qədim arxitekturasını saxlamaqla müasirləşir.
Şeyx Nizami yurdunda böyük tikinti layihələri həyata keçirilir. Şah İsmayıl Xətayi prospektinin bir hissəsi avtomobillərin təhlükəsiz hərəkəti və piyadaların rahat gediş-gəlişi üçün 25 metrə qədər genişləndirilir, səkilərə tamet daşları düzülür. Şəhərin təxminən 10 küçəsi asfaltlanır, 30 prospekt və küçədə fərdi evlər, inzibati binalar, xidmət obeyktləri, hasarlar Gəncə üçün xarakterik olan qırmızı kərpiclə üzlənir. Nizami prospektinin başlanğıcında yeni fəvvarə qurulur, həmin ərazidə yüksək gərginlikli elektrik xətləri yerin altına salınır. “İmamzadə” Dini Kompleksi istiqamətində küçə tam əsaslı təmir olunur, Üzeyir Hacıbəyov prospektində yeni asfalt örtüyü salınır. Gəncənin işıqlandırılma sistemi də yenidən qurulur, müasir dizaynda elektrik dirəkləri quraşdırılır.

Son illər 300-ə qədər çoxmərtəbəli yaşayış binalarının dam örtükləri dəyişdirilib, fasad hissəsi müasir görkəmə salınıb.

Şəhərdə böyük tikinti layihələri də həyata keçirilir. Böyük mütəffəkir Mirzə Şəfi Vazeh Muzeyinin, “Əyləncə” Ticarət Mərkəzinin tikintisi davam etdirilir. Gəncə Dövlət Dram Teatrının yeni binasının təməli hazırlanır





Teqlər:





Xəbər lenti