`Türkvizyon 2014`də 3 ölkənin təmsilçisi məlum olub

`Türkvizyon 2014`də 3 ölkənin təmsilçisi məlum olub
  25 Sentyabr 2014    Oxunub:1689
TMB TV-nin təşkilatçılığı ilə Tatarıstanın paytaxtı Kazanda bu il keçiriləcək "Türkvizyon 2014" mahnı müsabiqəsində Azərbaycan, Moldova və Tatarıstan təmsilçiləri müəyyən olunub.
AzVision.az xəbər verir ki, Azərbaycanı bu il "Türkvizyon 2014" yarışmasında Elvin Ordubadlı təmsil edəcək. Gənc müğənni ATV telekanalında yayımlanan "Azərbaycanın səsi" adı altında təşkil olunan və 3 ay davam edən Azərbaycan milli secim turunun qalibi olmuşdur. Münsiflər heyətinə Nadir Qafarzadə, Namiq Qaraçuxurlu, Elza Seyidcahan və TMB TV-nin numayəndəsi olan Kəmalə Qasımova daxil idi.

Moldovada, Qaqauz muxtar bölgəsində keçirilən milli seçim turunda isə Mariya Topal qalib gəlib. Moldovada tanınan M.Topal artıq dəfələrlə ölkə miqyasında müxtəlif musiqi müsabiqələrinin qalibi olub.

Tatarıstanda "Türkvizyon 2014" milli seçim turunda isə Aydar Süleyman qalib gəlib. O, 16 vokalçının, iki duetin və beş qrupun mübarizə apardığı yarışmada daha uğurla çıxış edərək “Türkvizyon 2014” yarışmasında Rusiyanın Tatarstan Respublikasını təmsil edəcək.
Bu il "Türkvizyon" müsiqi müsabiqəsinin finalı Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunan Kazanda keçiriləcək. 20-dən çox ölkə təmsilçisinin iştirak edəcəyi "Türkvizyon 2014" mahnı müsabiqəsinin final konserti 15 min tamaşaçı tutumu olan "Tatneft Arena" idman-konsert kompleksində 21 noyabrda keçiriləcək. TMB TV və tərəfdaş telekanallar vasitəsilə 300 milyondan çox tamaşaçı izləyəcək.

Qeyd etmək lazımdır ki, ötən il il Türkiyənin Əskişəhər şəhərində keçirilən "Türkvizyon 2013" müsabiqənin qalibi Azərbaycan təmsilçisi Fərid Həsənov olmuşdu.


Teqlər:  





Xəbər lenti