Avtovağzal avtobusların sayın artırır

Avtovağzal avtobusların sayın artırır
  24 Sentyabr 2014    Oxunub:2143
Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq
“Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejiminə keçəcək”. Bunu AzVision.az-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzalın şöbə müdiri Mətləb Abidi deyib. Onun sözlərinə görə, rayonlara gedən avtobusların sayı artırılacaq:

“Nazirlər Kabinetinin qərarına əsasən oktyabrın dörd və beşi Qurban bayramıdır. Bununla əlaqədar Beynəlxalq Avtovağzal oktyabr ayının 1-dən gücləndirilmiş iş rejiminə keçəcək. Sözsüz ki, bayram günləri adi günlərdən daha çox sərnişin olacaq. Bu baxımdan avtobusların sayı artırılacaq. Bayram günlərinə az qalmış daha çox hansı istiqamətdə sərnişin axınının çoxaldığını nəzərə alaraq o istiqamətdə avtobusların sayını artıracayıq”.

Avtovağzal rəsmisi bildirib ki, bayram günlərində avtobuslarda gediş haqqlarının süni şəkildə qaldırılmasına ciddi nəzarət olunacaq:

“Ümumiyyətlə bizdə daimi komissiya var. Onlar qiymət intizamına riayət edirlər”.

Xatırladaq ki, Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən 4-5 oktyabr Qurban bayramıdır. Əmək Məcəlləsinə əsasən 4 və 5 oktyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 6 və 7 oktyabr tarixləri də qeyri-iş günü olacaq.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti