Kredit ödəyənlərin 1 milyard borcu var

Kredit ödəyənlərin 1 milyard borcu var
  15 Sentyabr 2014    Oxunub:1582
Dövlət Statistika Komitəsi ölkə iqtisadiyyatında istifadə olunan kreditlərin həcmini açıqlayıb.
AzVision.az xəbər verir ki, avqustun 1-i vəziyyətinə görə ölkə iqtisadiyyatında istifadə olunan kreditlərin həcmi 17 milyard manat olub.

Məlumatda qeyd olunur ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən kreditlərin həcmi 20 faiz artıb. Kredit qoyuluşunun 34,7 faizi dövlət, 62,4 faizi özəl banklar, 2,9 faizi isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib. Verilən kreditlərin 79,1 faizini uzunmüddətli kreditlər təşkil edib. 5,3 faizinin ödənilmə vaxtı keçib. Bu da təxminən 1 milyard manata yaxındır.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti