Putinin ən güclü silahı: Qərb nədən qorxur?

Putinin ən güclü silahı: Qərb nədən qorxur?
  12 Sentyabr 2014    Oxunub:4363
2008 və 2009-cu illərdə olduğu kimi bu qış da Rusiya Avropanı donduracaqmı?

AzVision.az xəbər verir ki, Avropa ölkələri indidən bu barədə narahat olduğuna görə, bəzi testlər keçirməyə başlayıb. Avropa və Rusiya arasında Ukrayna böhranı yaşanmasına baxmayaraq, Avropa ölkələrinin Rusiya qazına ehtiyacı olması onları çətin durumda qoyub. Moskva bir yandan Ukrayna böhranının tez həll olunmasına çalışarkən, digər yandan Avropa isə qaz böhranının aradan qaldırmağa çalışır.

Əgər, Ukrayna böhranı həll olunmasa nə baş verəcək?

Köln Universitetinin Enerji və İqtisadiyyat İnstitutunun apardığı araşdırmaya əsasən, Rusiya qazını 3 aylıq kəsərsə ən çox zərər görəcək ölkələr Türkiyə, Finlandiya və Polşa olacaq. Türkiyənin bu il qaza olan ehtiyacı 5% artacaq. Ölkənin gündəlik qaz ehtiyacı 230 milyon kub.m təşkil edir. Qaz kəsitisi 6 aya kimi davam edərsə Almaniya bundan təsirlənəcək. Bu müddətin 9 aya qalxması nəticəsində isə Norveç, Hollandiya və İngiltərə xaricində bütün Avropa böyük zərər görəcək.

Rusiya Avropaya 9 ay verilişini dayandırarsa Avropa üçün 46 milyard kub.m qaz ehtiyacı yaradacaq. “Enerji IQ Bilgi” servislərinin xəbərinə göre, əgər Türkiyəyə verilən qaz kəsilərsə qardaş ölkənin qaz və elektrik sistemi çökəcək.

Avropalılar indidən BOTAŞ-ın hazırlanmasının vacib olduğunu xəbərdarlıq edir. Qərb bu boşluğu İran və Azərbaycan qazıyla doldurmaq niyyətindədir. Avropa Birliyi qaza olan ehtiyacının 30%-ni Rusiya hesabına ödəyir. Hazırda avropanın qaz anbarlarında 88 “bcm” qaz var.




Emin Piri


Teqlər:  





Xəbər lenti