21 yaşlı cani tutuldu - FOTO

21 yaşlı cani tutuldu - FOTO
  10 Sentyabr 2014    Oxunub:1544
Xətai rayon Polis İdarəsinin əməkdaşları 8 ay əvvəl baş vermiş quldurluq hadisəsinin üstünü açıblar.

DİN-dən AzVision.az-a verilən məlumata görə, Xocalı prospektində yerləşən mağazalardan birinin satıcısı Murad Hacıyev Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq bir nəfər naməlum şəxsin onu bıçaqla hədələyib pul alması barədə məlumat verib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəhayət ki, bu günlərdə nəticə verib və hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Cəlilabad rayonunda anadan olmuş 21 yaşlı Orxan Dadaşov ilkin ifadəsində əməlini etiraf edib. O, bildirib ki, gecə saatlarında mağazanın yanından keçərkən içəridə müştəri olmadığını görüb və quldurluq etmək qərarına gəlib. Orxan Dadaşov üstündə gəzdirdiyi bıçaqla mağazanın satıcısı Murad Hacıyevi öldürəcəyi ilə hədələyib. Daha sonra isə kassadan 100 manat götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. Saxlanılan şəxsin ehtimal olunan digər cinayətləri araşdırılır.



Teqlər:





Xəbər lenti