ARDNŞ büdcəyə ödənişləri artırıb

ARDNŞ büdcəyə ödənişləri artırıb
  08 Sentyabr 2014    Oxunub:1297
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2014-cü ilin avqust ayında dövlət büdcəsinə 149 milyon 138 min manat vəsait ödənilib. Bu, 2013-cü ilin avqust ayı ilə müqayisədə 18 milyon 858 min manat və ya 114,5 faiz çoxdur.
Ümumiyyətlə, 2014-cü ilin yanvar-avqust aylarında büdcəyə 1 milyard 266 milyon 741 min manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 216 milyon 827 min manat və ya 120,7 faiz çox olub.

Bundan əlavə, cari ilin avqust ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 405 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2014-cü ilin yanvar-avqust aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 95 milyon 903 min manat təşkil edib.


Teqlər:





Xəbər lenti