Nazirliyin elektron xidmətlərinin sayı açıqlandı

Nazirliyin elektron xidmətlərinin sayı açıqlandı
  05 Sentyabr 2014    Oxunub:1525
Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi tərəfindən göstərilməsi nəzərdə tutulan 60 elektron xidmətdən 2012-2013-cü illərdə istifadəyə verilmiş 54 növü üzrə inzibati reqlamentlər "Hüquqi Aktların Dövlət Reyestrin"də elektron variantda dərc edilib.
Nazirliyin Analitik informasiya şöbəsindən AzVision.az-a verilən məlumata görə, Vergilər Nazirliyi tərəfindən daha 4 yeni xidmətin - "Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı", "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı", "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatdan çıxarılması" və "ƏDV məqsədləri üçün qeydiyyatın onlayn ləğv edilməsi" elektron xidmətlərinin göstərilməsinə başlanılması ilə əlaqədar müvafiq inzibati reqlamentlərin layihələri hazırlanaraq, elektron xidmətlər reyestrinin operatoru funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılıb.

Xatırladırıq ki, elektron xidmətlərin istifadəçiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi və fiziki şəxslərdir.

Xidmət interaktiv qaydada ödənişsiz həyata keçirilir və https://azvision.az/redirect.php?url=http://www.e-taxes.gov.az, https://azvision.az/redirect.php?url=http://www.e-gov.az, ünvanlarında istifadəçilərə təqdim olunur.

Yeni xidmətlər barədə ətraflı məlumatı https://www.e-taxes.gov.az və [email protected] elektron ünvanından, nazirliyin vergi ödəyicilərinə xidmət mərkəzlərindən və 195 Çağrı Mərkəzindən əldə etmək olar.


Teqlər:





Xəbər lenti