İki qardaşın öldüyü qəza haqda açıqlama

İki qardaşın öldüyü qəza haqda açıqlama
  30 Avqust 2014    Oxunub:2225
Daxili İşlər Nazirliyi (DİN) Tovuzda baş vermiş dəhşətli avtomobil qəzası ilə bağlı rəsmi məlumat açıqlayıb.
AzVision.az xəbər verir ki, avqustun 29-da saat 7 radələrində Tovuz rayonunun Cəlilli kəndində Gürcüstan vətəndaşı Janburiya Mamantinin idarə etdiyi “TIR Skania” və rayon sakini Tulfan Əmiraslanovun idarə etdiyi “Mersedes” markalı avtomobillər toqquşub.

T.Əmiraslanovun sərnişinlərindən həmyerliləri Rövşən Balayev və onun qardaşı Samir hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti