Bakı dairəvi yolunun bir hissəsi bağlandı

Bakı dairəvi yolunun bir hissəsi bağlandı
  25 Avqust 2014    Oxunub:1970
Təmir işləri ilə əlaqədar avqustun 24-dən 25-ə keçən gecə Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-ə qədər olan hissəsi (“Sədərək” ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti üçün bağlanıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, bu, eyni zamanda Bakı Şəhər Yol Polisi İdarəsi istiqamətindən gələrək Bakı dairəvi yolunun 4-cü km-də yerləşən yol ötürücüsündən dönmə əməliyyatı etməklə sözügedən əraziyə hərəkət edən nəqliyyat vasitələrinə də aiddir.

Sürücülər alternativ olaraq Xocasən-Lökbatan yolu vasitəsilə Bakı dairəvi avtomobil yolunun 8-ci km-ə çıxmaqla Lökbatan istiqamətinə hərəkət edə bilərlər.(APA)


Teqlər:





Xəbər lenti