İran yeni raketlərini nümayiş etdirdi

İran yeni raketlərini nümayiş etdirdi
  25 Avqust 2014    Oxunub:1974
Avqustun 24-də İran İslam Respublikasının prezidenti Həsən Ruhani ölkəsinin Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi yeni silahların təqdimat mərasimində iştirak edib.
H. Ruhani İran Silahlı Qüvvələrinin istifadəsinə verilən yeni “Qədr”, “Nəsr Bəsr” adlı müasir tipli raketlər və pilotsuz təyyarələrlə tanış olub. Prezident nazirlikdə təşkil olunmuş sərgiyə baxıb. Sərgidə müdafiə sənayesinin istehsalı olan 470 məhsul nümayiş etdirilib.

Mərasimdə çıxış edən prezident H. Ruhani bildirib ki, İran heç bir ölkə ilə hərbi rəqabət aparmır və heç bir ölkəyə təcavüz etmək niyyətində deyil. Yeni silahlar yalnız müdafiə xarakteri daşıyır.


Teqlər:





Xəbər lenti