BMTM Zəngəzur dəhlizi ilə bağlı hesabat hazırlayıb
Tədqiqat üç əsas suala cavab verir. Birincisi, TRIPP-in iştirakçı ölkələr və daha geniş mənada Orta Dəhliz üçün iqtisadi əhəmiyyəti nədir? İkincisi, dəhlizin inkişafı regional güc balansına və geosiyasi münasibətlərə necə təsir göstərir? Üçüncüsü, onun həyata keçirilməsinə hansı siyasi, hüquqi və texniki çətinliklər mane olur və bu çətinliklərin aradan qaldırılması üçün hansı yollar mövcuddur?
Hesabat göstərir ki, TRIPP-Zəngəzur dəhlizinin işə düşməsi ticarət səmərəliliyini artıracaq, nəqliyyat xərclərini azaldacaq və Mərkəzi Asiya ölkələrinin qısa marşrutlar vasitəsilə Avropa bazarına inteqrasiyasını təmin edəcək. Dəhliz, həmçinin regional aktorlar üçün faydalıdır:
Ermənistan tranzit gəlirləri və bazar imkanları qazanır, Azərbaycan nəqliyyat mərkəzi statusunu gücləndirir, Rusiya və İran isə əlavə nəqliyyat şəbəkələrində iştirak potensialını saxlayır. Hesabat TRIPP-in uğurunun üç əsas amildən - davamlı diplomatik əlaqələrdən, etimadın bərpası və müasir sərhəd idarəetmə texnologiyalarının tətbiqindən asılı olduğunu vurğulayır. Belə ki, bu amillər həm suverenliyi qoruyur, həm də səmərəli tranziti təmin edir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


