Azay Quliyev ATƏT PA-da komitə sədri seçildi

 Azay Quliyev ATƏT PA-da komitə sədri seçildi
  07 İyul 2026    Oxunub:375
Niderlandın Haaqa şəhərində keçirilən ATƏT Parlament Assambleyasının 33-cü İllik Sessiyası çərçivəsində Azay Quliyev yenidən Assambleyanın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin sədri vəzifəsinə seçilib.
O, təşəkkür nitqində göstərilən etimada görə təşəkkürünü bildirərək deyib ki, 2013-cü ildən Assambleyada müxtəlif məsul vəzifələrdə xidmət edib: üç müddət Birinci Ümumi Komitənin sədr müavini, iki tam müddət, yəni 6 il ATƏT Parlament Assambleyasının Vitse-prezidenti və hazırda artıq ardıcıl beşinci dəfə İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitənin sədri seçilib.

- Son on üç il ərzində mənə göstərdiyiniz davamlı etimadı şəxsi uğurum kimi qiymətləndirmirəm. Əksinə, bunu Assambleyamızı daha da gücləndirmək və bizi birləşdirən dəyərlərin təşviqinə xidmət etmək üçün üzərimə düşən böyük məsuliyyət kimi qəbul edirəm,- Azay Quliyev deyib.


Onun sözlərinə görə, ATƏT məkanının görünməmiş geosiyasi, geoiqtisadi, texnoloji, ekoloji və təhlükəsizlik çağırışları ilə üz-üzə qaldığı bir dövrdə parlament diplomatiyası hər zamankından daha böyük əhəmiyyət daşıyır: “Bütün məsələlərdə eyni mövqedə olmaya bilərik, lakin hamımızın ortaq məsuliyyəti dialoq yolu ilə həll yolları axtarmaq və başqalarının ayrılıq gördüyü yerdə körpülər qurmaqdır. Bu münasibətlə Komitəmizin sədr müavini Artur Gerasımova və məruzəçisi Paula Kardozoya birlikdə formalaşdırdığımız səmərəli əməkdaşlığa görə səmimi təşəkkürümü bildirirəm. Güclü və həmrəy rəhbərlik komandası kimi əldə etdiyimiz nəticələrlə qürur duyuram və bu uğurlu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inanıram”.


Teqlər: ATƏT   Azay-Quliyev  



Xəbər lenti