Vaxtı keçmiş mallar aşkarlandı

Vaxtı keçmiş mallar aşkarlandı
  18 Avqust 2014    Oxunub:1742
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, monitorinqlər zamanı Bakının Abşeron, Nizami, Nərimanov rayonlarında, eləcə də Şəki, Zərdab, Gəncə, Zaqatalada mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.


Teqlər:  





Xəbər lenti