Erməni məhbus ağzını tikdi

Erməni məhbus ağzını tikdi
  16 Avqust 2014    Oxunub:2557
Ermənistanda məhbus etiraz edərək ağzını tikib.
Dələduzluqda ittiham edilərək həbs edilən Qaqik Burutiyan ona verilən həblərin miqdarının artırılmasını tələb edib. Həbsxana rəhbərliyi onun bu tələbini yerinə yetirmədikdə məhkum belə radikal addıma əl atıb.

Hadisə ilə bağlı şərh verən Ermənistan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəsmisi Qore Qleçyan məhbusun dərmanların miqdarının artırılması tələbinin qanunsuz olduğunu bildirib.

Faktla bağlı araşdırmalara başlanıb.(ans)


Teqlər:





Xəbər lenti