Azərbaycanda əmək haqqı hansı sahələrdə yüksəkdir?

Azərbaycanda əmək haqqı hansı sahələrdə yüksəkdir?
  16 Avqust 2014    Oxunub:4060
Bu ilin yanvar -iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artaraq 439,8 manat təşkil edib.
AzVision.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əmək haqqı neft sektorunda 1777,6 manat, qeyri- neft sektorunda 406,0 manat, dövlət bölməsində 354,3 manat, özəl bölmədə 566,5 manat təşkil edib.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 268,7 manat və mülki hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 304,1 manat təşkil edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti