Venesuela mətbuatı: "Müdafiə naziri öldürülüb"

   Venesuela mətbuatı:    "Müdafiə naziri öldürülüb"
  03 Yanvar 2026    Oxunub:1249
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes ABŞ-nin bu ölkəyə hava zərbələri nəticəsində həyatını itirib.
Venesuela mətbuatının yaydığı məlumata əsasən, aviazərbə nazirin paytaxt Karakas şəhərindəki iqamətgahına tuşlanıb. Hərçənd bu iddianın hələlik rəsmi təsdiqi yoxdur. Eyni zamanda, Venesuelanın sabiq (2002-2013) prezidenti Uqo Çavesin məqbərəsinə də zərbə endirildiyi bildirilir.

Hazırda ABŞ-nin hücumu fonunda Karakas sakinləri şəhərən çıxmağa çalışırlar. Bu səbəbdən paytaxtın çıxış yollarında kilometrlərlə uzunluqda tıxaclar meydana gəlib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün qabaq Venesuelaya hücumu təsdiqləyib. O, hərbi obyektlər və başqa hədəflərə aviazərbə endirilməsi əmrini verib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Venesuela   ABŞ   hücum   nazir  



Xəbər lenti