Əhalinin gəlirləri artıb

Əhalinin gəlirləri artıb
  16 Avqust 2014    Oxunub:1244
Bu ilin yanvar-iyul aylarında əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 21 milyard manata çatıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlərin istehlak qiymətlərinin artımı ilə nisbətdə alıcılıq qabiliyyəti isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz yüksəlib.

Bu dövr ərzində gəlirlərin 70,3 faizi son istehlak xərclərinə, 9,1 faizi sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18 faizi yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 19,1 milyard manat və ya 2013-cü ildəkinə nisbətən 5,2 faiz çox vəsait qalıb.


Teqlər:





Xəbər lenti