Karakasda güclü partlayışlar qeydə alınıb

   Karakasda güclü partlayışlar qeydə alınıb
  03 Yanvar 2026    Oxunub:1029
Yanvarın 3-nə keçən gecə Venesuelanın paytaxtı Karakasda havada uçan təyyarələri xatırladan səslərlə müşayiət olunan güclü partlayışlar eşidilib.
AzVision.az xəbər verir ki, “Frans Press” agentliyinin (AFP) məlumatına görə, böyük hərbi bazanın yaxınlığında yerləşən Karakasın cənub hissəsi işıqsız qalıb.

“ABŞ-nin Hərbi Hava qüvvələri Venesuelanın paytaxtı Karakasdakı hərbi obyektlərə silsilə zərbələr endirib. İlkin məlumata görə, Forte Tiuna aviabazasına və generalissimus Fransisko de Miranda aviabazasına hücum edilib. Məlumatın rəsmi təsdiqi yoxdur”, - yerli media yazır.

“Reuters” agentliyinin məlumatına görə, Karakas üzərində bir neçə Amerika helikopteri görünüb. Şəhərin cənub hissəsində hərbi baza yaxınlığında elektrik enerjisi kəsilib.

Venesuela sakinlərinə istinad edən “Bluumberg” agentliyi isə, Karakas səmasında təyyarələrin müşahidə olunduğunu yazıb. Bundan başqa, şahidlər Karakasın bir neçə rayonunda atışmaların eşidildiyini bildiriblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Venesuela   partlayışlar  



Xəbər lenti