Yəməndə silahlı qarşıdurmalar davam edir
Salem əl-Hənbaşi bildirib ki, Səudiyyə Ərəbistanının dəstəklədiyi koalisiya qüvvələri Əl-Həşaada 37-ci briqadanın bazasını nəzarətə götürüb. Bununla da hökumət qüvvələri bazanı Cənubi Keçid Şurasının (CKŞ) Yəmən separatçılarından geri alıb.
Qeyd edək ki, bundan əvvəl Yəmənin Prezidentlik Şurasını dəstəkləyən Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya, şərqdəki Hədraməvt vilayətində CKŞ-nin cənub separatçılarının mövqelərinə bir neçə hava zərbəsi endirib. Zərbələr nəticəsində 7 nəfər həlak olub, daha 20 nəfər yaralanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


