Türkiyədə İŞİD-ə qarşı həbs dalğası davam edir

Türkiyədə İŞİD-ə qarşı həbs dalğası davam edir
  02 Yanvar 2026    Oxunub:1231
Türkiyənin Ağrı vilayətində "İraq Şam İslam Dövləti" terror təşkilatına qarşı əməliyyatda bu təşkilatla əlaqədə şübhəli bilinən 10 nəfər saxlanılıb.
Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə əsasən, əməliyyat Ağrı Vilayət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində həyata keçirilib. Terror təşkilatının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək məqsədilə baş tutan əməliyyatda şübhəlilərin ünvanlarına baxış keçirilib, çox sayda qadağan olunmuş kitab və rəqəmsal material aşkarlanaraq götürülüb.
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 3 polis şəhid olub | VİDEO

Xatırladaq ki, dekabrın 29-da Türkiyənin Yalova vilayətində adıçəkilən təşkilatına qarşı əməliyyat əsnasında ümumilikdə 6 terrorçu zərərsizləşdirilib. Baş verən atışmada 3 polis həyatını itirib, 8 polis və 1 mühafizə əməkdaşı isə yaralanıb:

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   antiterror   əməliyyat  



Xəbər lenti