Türkiyədə güclü qar 48 vilayətdə dərslərin ləğv olunmasına səbəb olub
Bundan başqa, Osmaniye, Sakarya, Kocaeli və Konya vilayətlərinin bir sıra ərazilərində, həmçinin İstanbulun Şişli, Sarıyer və Beykoz rayonlarında da yanvarın 2-si qeyri-dərs günüdür.
Qeyd edək ki, Türkiyədə güclü qar yağışı ölkəboyu bir sıra çətinliklərə yol açıb. Diyarbakır, Kastamonu və s. vilayətlərdə qar uçqunu barədə xəbərdarlıq edilib. Artvin vilayətində isə 6 çoban qar uçqunu altında qalıb. Onlardan üçü xilas edilib, ikisinin isə meyiti tapılıb. Üçüncü çobanın axtarışları havanın pisləşməsi səbəbindən təxirə salınıb.
Aygün Xankişiyeva
AzVision.az
Teqlər: Türkiyə qaruçqunu tətil məktəb







Vaxtında, Aydın, Lazımlı!


