Latviyada rus dili qadağan edilib

 Latviyada rus dili qadağan edilib
  01 Yanvar 2026    Oxunub:401
Latviya hakimiyyəti yerli məktəblərdə rus dilinin ikinci xarici dil kimi tədrisini qadağan edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, məhdudiyyətlər 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minib. Həmin gündən etibarən dövlət mediasında rusdilli televiziya və radio yayımı qadağan ediləcək. Bundan əlavə, rusdilli kitabların satışına ƏDV 21%-ə qədər artırılacaq.

Qeyd olunub ki, Latviya vahid informasiya məkanı yaradır və bütün məzmun yalnız Latviya və ya Avropa Birliyi dillərindən birində olmalıdır. Riqa bu tədbirin səbəbi kimi milli təhlükəsizliyi göstərib. Lakin respublika sakinlərinin təxminən 40%-i rus dilində danışır.


AzVision.az



Teqlər: Latviya   Rus-dili  



Xəbər lenti