"Parlament sədri öz partiyadaşlarını Baş nazir Nikol Paşinyanın nəzərində hər vəchlə pis göstərməyə çalışır. Bu səbəbdən bir qrup üzv Baş nazirlə görüşməyə, Alen Simonyan və yaxın ətrafının partiyada dominant mövqe qazanmaq üçün necə intriqalar yaratdığını ona danışmağa hazırlaşır".
Qəzet vurğulayır ki, narazı partiya üzvləri Alen Simonyanın Milli Məclisin sədri vəzifəsindən uzaqlaşdırılmasını istəyirlər:
"Bu məqsədlə hər yola əl atacaqlar. Çünki onlar əmindirlər ki, Nikol Paşinyan özü də Alen Simonyandan çox narazıdır".
(Ermənistanın ABŞ-dəki səfiri Lilit Makunts)
Qəzetin məlumatına əsasən, Vətəndaş İttifaqı Partiyası, artıq uzun müddətdir ki, parlament sədrliyinə mümkün namizəd barədə müzakirələr aparır:
"Belə şayiələr gəzir ki, 2026-cı ilin iyun ayında keçiriləcək seçkilərdə partiya qalib gələrsə, ölkənin ABŞ-dəki səfiri Lilit Makunts sədr vəzifəsinə gətiriləcək".
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


