Hindistan ilə Rusiya birgə kinolar çəkəcəklər

Hindistan ilə Rusiya birgə kinolar çəkəcəklər
  28 Dekabr 2025    Oxunub:1303
Hindistan Rusiya ilə kino və seriallar sahəsində əməkdaşlıq etməyi planlaşdırır.
Hindistanın Rusiyadakı səfiri Vinay Kumar RIA Novosti-yə müsahibəsində bildirib ki, ölkəsi Rusiya ilə mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməyi nəzərdə tutur.

Kumar Hindistanın Rusiyada bədii filmlər və teleserialların birgə istehsalında maraqlı olduğunu qeyd edib. Onun sözlərinə görə, mədəniyyət sahəsi xalqlar arasında əlaqələrin inkişafı baxımından olduqca vacibdir.

“Biz həmçinin Rusiyanın kinoprodüserləri filmlərini çəkmək üçün Hindistana dəvət edirik”, – deyə səfir vurğulayıb.

M.Həsənli
AzVision.az



Teqlər:



Xəbər lenti