İran Prezidenti: "Biz ABŞ, Avropa və İsraillə tammiqyaslı müharibədəyik"
"Mənim fikrimcə, biz Amerika, İsrail və Avropa ilə tammiqyaslı müharibə vəziyyətindəyik. Onlar istəmirlər ki, ölkəmiz möhkəm şəkildə ayaqda dursun", – deyə o bildirib.
Pezeşkianın sözlərinə görə, İranın hərbi qüvvələri əvvəlki hücumlar zamanı olduğundan xeyli güclənib. O əlavə edib ki, yeni zərbələr olacağı təqdirdə, Tehran "daha qətiyyətli cavab" verməyə hazırdır.
Eyni zamanda, İslam Respublikasının Prezidenti qeyd edib ki, İran qonşu ölkələrlə, o cümlədən mədəniyyət və iqtisadiyyat sahəsində münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu kontekstdə o, Azərbaycanı, Özbəkistanı, Türkiyəni, BƏƏ-ni və digər ölkələri xatırladıb.
Pezeşkian əlavə edib ki, İran Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanla "çox yaxşı münasibətlər" qurub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


