Güclü qar nəticəsində ABŞ-də 1400-dən çox uçuş ləğv olunub

Güclü qar nəticəsində ABŞ-də 1400-dən çox uçuş ləğv olunub
  27 Dekabr 2025    Oxunub:1357
ABŞ-nin şimal-şərqində yağan güclü qarla əlaqədar 1400-dən çox uçuş ləğv edilib.
AzVision.az xəbər verir ki, əlverişsiz hava şəraiti Miladla bağlı avtomobil səyahətlərini də təhlükəli edib.

Yeni hava şəraiti nəticəsində Nyu-York şəhərinə son illərin ən güclü qarının yağacağı proqnozlaşdırılır.

Nyu-York şəhərinin üç hava limanı və Filadelfiya Beynəlxalq Hava limanı ən çox zərər çəkib.

Həmçinin, Qərbi Pensilvaniyanın bəzi yerlərində buzlaşma xəbərdarlığı edilib. Burada ağacların aşacağı və enerji təminatında fasilələr olacağı proqnozlaşdırılır.

AzVision.az


Teqlər: ABŞ   qar   uçuşlar  



Xəbər lenti