Himn səsləndi, polkovnik istefa verdi

   Himn səsləndi, polkovnik    istefa verdi
  23 Dekabr 2025    Oxunub:1085
Almaniyanın Leypsiq şəhərinin şimalında yerləşən Deliç Quru Qoşunları Zabit Məktəbində ölkə himninin səhvən ilk bəndinin səhvən çalınması səbəbi ilə məktəbin müdiri polkovnik Andreas Şnebelt istefa verib.
Almaniya mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, hadisə dekabrın 11-də məktəbdə keçirilən Milad bayramı şənliyində baş tutub. Belə ki, tədbirdə səhvən ölkənin "Deutschlandlied" adlı himninin 1945-ci ildən, yəni Hitler Almaniyası devriləndən bəri ifası məqsədəuyğun sayılmayan ilk bəndi səslənib. Bu xətaya görə məsuliyyəti polkovnik Andreas Şnebelt öz üzərinə götürüb.

Almaniya himni "Deutschlandlied"in musiqisi 1797-ci ildə bəstəkar Yozef Haydn, sözləri isə 1841-ci ildə şair Ogüst Fallersleben tərəfindən yazılıb. Üç bənddən ibarət əsər 1922-ci ildən bəri ölkənin rəsmi himnidir. Himnin ilk bəndində qatı millətçilik ifadələri vurğulandığı, habelə nasist Almaniyası dövründə yalnız həmin misralar rəsmi himn sayıldığı üçün hazırda Berlin bu bəndin oxunmasını qeyri-məqbul sayır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   himn   qadağa   polkovnik   istefa  



Xəbər lenti