İki nəfər maşında yanaraq öldü

İki nəfər maşında yanaraq öldü
  15 Avqust 2014    Oxunub:1836
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşlara məxsus "Toyota" və "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nəticədə "VAZ" markalı avtomobilin yanar hissələri yanıb.

Yanğınsöndürənlər hadisə yerinə çatana kimi "VAZ" markalı avtomobildə olan 2 nəfərin (kişi) meyidi əhali tərəfindən avtomobildən çıxarılıb. Digər avtomobil yanğından mühafizə olunub.

Yanğın saat 16:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti