Nazirlik ciddi nöqsanlar aşkarladı

Nazirlik ciddi nöqsanlar aşkarladı
  12 Avqust 2014    Oxunub:1527
Azərbaycanın müxtəlif bölgələrində mağazalarda istehlaka yararsız məhsullar aşkar olunub.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Masazır qəsəbəsində, Bakı, Gəncə, Daşkəsən, Şirvan və Zaqatalada mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Ümumilikdə, monitorinqlər zamanı 60 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti