Yeni dövlət standartı təsdiq edilib

Yeni dövlət standartı təsdiq edilib
  08 Avqust 2014    Oxunub:1685
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS İSOİEC 17024-2014 "Uyğunluğun qiymətləndirilməsi. Heyətin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara ümumi tələblər" dövlət standartı təsdiq edilib.
Komitədən AzVision.az-a ildiriblər ki, bu standart heyətin sertifikatlaşdırılmasını həyata keçirən təşkilatlar üçün ümumi qəbul edilmiş tələblərin əldə edilməsi və yayılması məqsədilə hazırlanıb.

Yeni standart heyətin sertifikatlaşdırılması üzrə orqanların və onların istifadə etdikləri sertifikatlaşdırma sxemlərinin ardıcıl və etibarlı işinə zəmanət verən tələbləri müəyyənləşdirir. Normativ sənəddə sertifikatlaşdırma prosesi, sertifikatlaşdırma üzrə orqanın heyətinə tələblər və digər məlumatlar yer alır.


Teqlər:





Xəbər lenti