Məleykə Abbaszadə boş qalan yerlərin sayını açıqladı

Məleykə Abbaszadə boş qalan yerlərin sayını açıqladı
  08 Avqust 2014    Oxunub:1936
`Abituriyentlərin nəzərinə çatdırmaq istəyirəm ki, qruplar üzrə vakant yerlərin sayı cəmi 4050-dir`.
AzVision.az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında açıqlayıb.

O qeyd edib ki, tələbə adına yiyələnən şəxslər 2014-cü il avqustun 8-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.


Teqlər:





Xəbər lenti